Xəzər Xəbər

“Taliban” Əfqanıstanda İŞİD üzvlərini tamamilə məhv edəcəyini açıqladı

Dünya | 15:36 • 24 Sentyabr 2021
“Taliban” Əfqanıstanda İŞİD üzvlərini tamamilə məhv edəcəyini açıqladı

“Taliban” Əfqanıstanda İŞİD qruplaşmasının üzvlərini tamamilə məhv etmək üçün tədbirlər görür.

Bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstanda İŞİD üzvlərinin sayı əhəmiyyətsiz dərəcədədir, çünki son illər ərzində Cəlalabad və Kabil kimi bölgələrdə onların iştirakını azaltmaq mümkün olub.

Mücahid qeyd edib ki, ölkədə fəal şəkildə İŞİD üzvlərinin tutularaq ədalətə təslim ediləcəyi ilə nəticələnən əməliyyat və kəşfiyyat işləri aparılır.

Mənbə: “RİA Novosti”

Xəbər lenti