Xəzər Xəbər

Sergey Lebedev: “Azərbaycanla birgə çoxlu mədəni-humanitar tədbirlərimiz olacaq”

Dünya | 15:32 • 24 Sentyabr 2021
Sergey Lebedev: “Azərbaycanla birgə çoxlu mədəni-humanitar tədbirlərimiz olacaq”

“Bu il Müstəqil Dövlətlər Birliyi (MDB) üçün çox əlamətdar ildir”.

Bunu jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. 

O xatırladıb ki, bu il həm MDB-yə üzv dövlətlər müstəqilliklərinin, həm də təşkilat yaradılmasının 30 illiyini qeyd edir.

S. Lebedevin sözlərinə görə, MDB-nin mövcudluğunun ilk günlərindən Azərbaycan birliyin tərkibində həm aktiv, həm də çox vacib konstruktiv rol oynayıb.

“Bugünkü iclas da göstərdi ki, Azərbaycan MDB iqtisadi Şurasının müzakirəsinə çıxarılan sənədlərin çoxuna, layihələrin həyata keçirilməsinə müsbət baxır. Mən Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat sahəsində əməkdaşlığını qeyd etmək istəyirəm. Azərbaycan MDB İqtisadi Şurasının üzvüdür. Azərbaycan tərəfi İqtisadi Şuranın iclaslarında fəal iştirak edir. Əlbəttə ki, Azərbaycanın MDB çərçivəsində humanitar sahədə əməkdaşlığını qeyd etməyə bilmərəm. Bakı çoxdandır humanitar tədbirlərin keçirildiyi paytaxta çevrilib. Azərbaycanın şəhərləri MDB-nin mədəniyyət paytaxtları olub. Əminəm ki, qarşıda bizim Azərbaycanla birgə çoxlu mədəni-humanitar tədbirlərimiz olacaq. Azərbaycanı MDB-yə üzvlüyünün 30 illiyi münasibətilə təbrik edir, Azərbaycan dövlətinə sülh, əmin-amanlıq və inkişaf arzulayıram”, - deyə MDB İcraiyyə Komitəsinin sədri vurğulayıb. (APA)

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021