Xəzər Xəbər

Fransada kritik durum: Makrondan sonra 5 nazir də...

Dünya | 15:07 • 24 Sentyabr 2021
Fransada kritik durum: Makrondan sonra 5 nazir də...

Fransanın beş nazirinin mobil telefonunda “Pegasus” adlı casus proqramının izləri təspit olunub.

Bu barədə Fransanın Mediapart internet saytı məlumat yayıb.

Sayt iddia edib ki, bunlar Təhsil naziri Jean-Mikel Banquer, Torpaq naziri J. Gourault, Kənd təsərrüfatı naziri julien Denormandie, Mənzil naziri Emmanuele Vagon və Dəniz ölkələri naziri Sebastian Lekornudur.

Onların mobil telefonlarının 2019 və 2020-ci illərdə “Pegasus” adlı casus proqramının hədəfində olduğu bildirilir.

Adı çəkilən nazirlərin və Yelisey Sarayından bir rəsmi şəxsin mobil telefonlarında aparılan araşdırma zamanı “Pegasus” casus proqramının izləri təspit olunub.

Əlavə olunur ki, Yelisey Sarayı “davam edən araşdırmalar” haqqında şərh vermək istəməyib.

Qeyd edək ki, 2019-cu ildə Fransa Prezidentinin Emmanuel Makronun 2017-ci ildən bu yana istifadə etdiyi və daha çox media ilə əlaqələrdə faydalandığı mobil telefonlarından birinin “Pegasus” proqramı ilə izləndiyi iddia edilib./Teleqraf.com

Xəbər lenti