Xəzər Xəbər

Sabiq deputatın oğlu küçənin ortasında güllələndi - Ermənistanda

Dünya | 11:15 • 24 Sentyabr 2021
Sabiq deputatın oğlu küçənin ortasında güllələndi - Ermənistanda

Ermənistanın paytaxtı Yerevanda silahlı insident yaşanıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, kafedə başlayan mübahisə küçənin ortasında atışma ilə davam edib.

Silahlı şəxs 2 nəfəri güllələyib. Ağır xəsarət alan həmin şəxslərdən biri Respublika Partiyasının eks-deputatı Qaqik Melikyanın oğlu Sergey Melikyandır.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti