Xəzər Xəbər

Böyük Britaniya yeni Atom Elektrik Stansiyası tikir

Dünya | 09:28 • 24 Sentyabr 2021
Böyük Britaniya yeni Atom Elektrik Stansiyası tikir

Britaniya hökuməti 2050-ci ilə qədər elektrik enerjisindən asılılığı azaltmaq üçün yeni Atom Elektrik Stansiyası (AES) tikmək qərarına gəlib.

Bu barədə “The Times” nəşri məlumat yayıb. 

Bildirilir ki, hökumət Uelsin şimal-qərbində yerləşən Anqlsi adasında 1 milyard dollarlıq reaktorun inşası üçün layihə hazırlamaq üçün Amerikanın “Westinghouse” şirkəti ilə danışıqlar aparır.

Yeni AES-in gücü 6 milyondan çox evi elektrik enerjisi ilə təmin edəcək və gələcək onilliyin ortalarında istifadəyə verilə bilər.

Qeyd edək ki, 1971 -ci ildən etibarən Anqlisi adasında iki enerji bloklu “Wilfa” AES fəaliyyətə başlayıb. Lakin 2015-ci ildə istismardan çıxarılıb.

Xəbər lenti