Xəzər Xəbər

Pandemiyanın bitəcəyi DƏQİQ TARİX AÇIQLANDI

Dünya | 261 | 18:54 • 23 Sentyabr 2021
Pandemiyanın bitəcəyi DƏQİQ TARİX AÇIQLANDI

Koronavirus pandemiyasının aparıcı peyvənd istehsalçılarından olan "Moderna" şirkətinin baş direktoru Stefan Bansel gələn ilin ortalarına qədər dünyada hər kəsi peyvəndləmək üçün kifayət qədər dozanın mövcud olacağını və koronavirusun normal qrip kimi bir xəstəliyə çevriləcəyini bildirib.

XəzərXəbər verir ki, Stefan Bansel peyvənd istehsalının artması qlobal tədarükü qarşıladığı üçün pandemiyanın bir il ərzində bitəcəyini proqnozlaşdırıb. Bansel onu da deyib ki, pandemiyanın başlanğıcında ilk doza yaşlı və riskli xəstələrə vurulurdusa, indi hətta körpələr belə qısa müddətdə peyvəndlənəcək.

"Delta variantı çox yoluxucu olduğu üçün peyvənd olunmayanların təbii olaraq immuniteti artacaq. Bu yolla infeksiya qripə bənzər bir vəziyyətə düşəcək. Ya peyvənd olub yaxşı bir qış keçirəcəksiniz, ya da xəstələnib xəstəxanalara düşəcəksiniz. Məncə, bu gündən etibarən, bir ildən sonra vəziyyət yaxşıya doğru gedəcək”. / Lent.az

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021