Xəzər Xəbər

"Taliban" beynəlxalq ictimaiyyətin şərtlərini qəbul etmədi

Dünya | 18:18 • 23 Sentyabr 2021
"Taliban" beynəlxalq ictimaiyyətin şərtlərini qəbul etmədi

“Taliban” hərəkatı Əfqanıstandakı yeni hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edib.

Bunu yeni hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zəbiullah Mücahid “Skynews Arabia”ya müsahibəsində bildirib.

“Bizim hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər qəbuledilməzdir”, - o deyib.

Z.Mücahid vurğulayıb ki, belə tələblər beynəlxalq qanunvericiliyin pozulmasıdır: “Başqa dövlətlərin hökumətinin tanınması da “Taliban”ın, eləcə də əfqan xalqının hüququdur”.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda müvəqqəti hökumətin tərkibini elan edib. Onun tərkibi bir çox ölkə tərəfindən tənqid olunub. Hələlik heç bir dövlət bu hökuməti tanımayıb./report

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021