Xəzər Xəbər

Rusiya işğalına qarşı adekvat addımlar: Zelenski Consonla razılaşdı

Dünya | 17:54 • 23 Sentyabr 2021
Rusiya işğalına qarşı adekvat addımlar: Zelenski Consonla razılaşdı

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Boris Consonla görüşüb.

Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində baş tutub.

Donbas və Krım münaqişələrinin müzakirə olunduğu görüşdə Ukrayna lideri Rusiyada saxlanılan təxminən 450 ukraynalıdan ibarət siyahını Böyük Britaniyanın baş nazirinə təqdim edib.

Tərəflər Ukraynanın şərqində, Qara dəniz-Azov bölgəsindəki təhlükəsizliyin durumu ilə bağlı fikir mübadiləsi aparıblar. Bundan əlavə, Zelenski və Conson Rusiya ilə münaqişədə Ukraynanın müdafiəsini və donanmasını gücləndirmək üçün İngiltərə ilə gələcək əməkdaşlığa diqqət yetiriblər.

Tərəflər “Şimal axını 2” layihəsinin energetika sahəsi və Avropa üçün yaradacağı problemləri müzakirə ediblər. Ukrayna prezidenti bu layihənin Rusiyanın geosiyasi silahı olduğunu vurğulayıb.

Vladimir Zelenski Krım Platformasının yaradılmasında, habelə müvəqqəti işğal altında olan Krımla bağlı Kiyevin fəaliyyətlərinə verdiyi dəstəyə görə Britaniya baş nazirinə təşəkkür edib./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar