Xəzər Xəbər

Qəzaya uğrayan təyyarənin pilotları həlak olub

Dünya | 13:54 • 23 Sentyabr 2021
Qəzaya uğrayan təyyarənin pilotları həlak olub

Rusiyanın Xabarovsk vilayətində qəzaya uğramış “AN-26” hərbi təyyarəsinin heyət üzvləri və texniki mütəxəssislərı həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə xilasedicilər məlumat veriblər. “Lyotnıye proverki i sistemı” QSC-yə məxsus təyyarə Böyük Xextsir dağına çırpılaraq qəzaya uğrayıb. Göyərtədəki 6 nəfər – pilotlar və texniki mütəxəssislər həlak olublar. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirirdi.

Xəbər lenti