Xəzər Xəbər

Qorxunc virusu məhv edən üsul TAPILDI - ALİMLƏRDƏN AÇIQLAMA

Dünya | 15:28 • 22 Sentyabr 2021
Qorxunc virusu məhv edən üsul TAPILDI - ALİMLƏRDƏN AÇIQLAMA

Konqodan olan virusoloq Jan-Jak Muyembe ebolanı məğlub etdiyini açıqlayıb.

O bildirib ki, ebolaya qarşı illərdir davam edən mübarizənin sonu çatıb. Elm adamı bildirib ki, onun ərsəyə gətirdiyi “Ebanqa” müalicə üsulu ebolanı məhv edir.

Elm adamının sözlərinə görə, bu müalicə üsulu ABŞ-ın Qida və Dərman İdarəsi tərəfindən də təsdiq olunub. 40 il əvvəl ebola virusunu kəşf edən elm adamı deyib:

“40 ildir bu qorxunc  xəstəliyə qarşı aparılan mübarizənin şahidi və oyunçusuyam. Bu gün deyə bilərəm ki, ebola məğlub oldu. Artıq qarşısı alına və müalicə edilə bilir”./Bizim.Media

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021