Xəzər Xəbər

BMT-nin Baş katibi: Uçurumun kənarındayıq

Dünya | 15:00 • 22 Sentyabr 2021
BMT-nin Baş katibi: Uçurumun kənarındayıq

Dünya uçurumun kənarındadır və heç zaman bu qədər böyük təhlükə ilə qarşılaşmayıb.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında təşkilatın rəhbəri Antonio Qutyerreş bəyan edib.

"Mən həyəcan elan etmək üçün buradayam. Dünya ayılmalıdır. Biz uçurumun kənarındayıq və yanlış istiqamətdə hərəkət edirik. Dünyamız hələ heç zaman belə böyük təhlükə ilə qarşılaşmayıb və bu qədər güclü parçalanmayıb", - deyə Qutyerreş bildirib.

O, koronavirus pandemiyası və iqlim dəyişikliyi fonunda mövcud qlobal problemlərin daha ciddi şəkil aldığını vurğulayıb.

Qeyd edək ki, Assambleya öz işini sentyabrın 27-dək davam etdirəcək.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021