Xəzər Xəbər

NASA Ayda su axtaracaq

Dünya | 10:23 • 21 Sentyabr 2021
NASA Ayda su axtaracaq

2023-cü ilin sonlarında ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yerin təbii peykinə “Viper” roverini göndərəcək.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, “Artemis” proqramı çərçivəsində gerçəkləşəcək missiyanın başlıca məqsədi Ayda su axtarışına çıxmaqdır.

NASA alimlərinin sözlərinə görə, Ayın daim kölgəli olan kraterlərində mayenin izlərini tapmaq ehtimalı mövcuddur. Belə ki, bu ərazilər Günəş sisteminin ən soyuq bölgələrindəndir.

Qeyd edək ki, missiyanın müddəti 100 gün olacaq.

Xəbər lenti