Xəzər Xəbər

Səmada iki hərbi helikopter toqquşub, general ölüb

Dünya | 14:51 • 20 Sentyabr 2021
Səmada iki hərbi helikopter toqquşub, general ölüb

Liviya səmasında iki hərbi helikopterin toqquşması nəticəsində biri Silahlı Qüvvələri generalı olmaqla iki hərbçinin öldüyü bildirilir.

Qəza Liviyanın şərqində baş verib. General Xəlifə Həftarın komandanlıq etdiyi Liviya Ərəb Silahlı Qüvvələrinə məxsus iki helikopter Çad ilə sərhədboyu ərazidə qiyamçılara qarşı hərbi əməliyyat zamanı Benqazi şəhərinin 130 kilometrliyində yerləşən Msus kəndi üzərində toqquşub. Həlak olanlardan biri briqada generalı Buzid Əl-Bərrasidir.

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Menfi həlak olanların ailələrinə başsağlığı verib. (AZƏRTAC)

Xəbər lenti