Xəzər Xəbər

Perm universitetində qətliam törədən gənc bu təhsil müəssisəsinin tələbəsi olub

Dünya | 14:25 • 20 Sentyabr 2021
Perm universitetində qətliam törədən gənc bu təhsil müəssisəsinin tələbəsi olub

Rusiyanın Perm şəhərindəki Dövlət Milli Tədqiqatlar Universitetində qətliam törədən Timur Bekmansurov bu ali məktəbin birinci kurs tələbəsi olub.

Xezerxeber.az xəbər verir ki, 18 yaşlı Timur Bekmansurov saxlanılarkən yaralanıb. Bir gün əvvəl o özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında basqına çoxdan hazırlaşdığını yazıb. Hazırda onun sosial şəbəkədəki hesabı bloklanıb.

Qeyd edək ki, Perm Dövlət Milli Tədqiqatlar Universitetinə basqın nəticəsində 8 nəfər həlak olub, 24 nəfər yaralanıb. Rusiya Prezidenti Vladimir Putin qətliam nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Xəbər lenti