Xəzər Xəbər

Pakistandan ACI XƏBƏR: 7 hərbçi həlak oldu

Dünya | 09:11 • 16 Sentyabr 2021
Pakistandan ACI XƏBƏR: 7 hərbçi həlak oldu

Pakistanın Cənub Vaziristan dairəsində terrorçularla atışmada 7 hərbi qulluqçu həlak olub, 5 terrorçu zərərsizləşdirilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Pakistan Ordusunun İctimaiyyətiylə əlaqələr üzrə İdarəsində (ISPR) bildiriblər ki, atışma Asman Manza qəsəbəsində terrorçuluğa qarşı əməliyyatın gedişatında yaranıb.

Qeyd edilir ki, regionda terrorçular əleyhinə əməliyyat davam edir.

Hərbçilərə hücum etmiş qruplaşma haqqında informasiya verilmir./Publika.az 

Xəbər lenti