Xəzər Xəbər

Gürcüstanda yeni tədris ili distant formada başlayıb

Dünya | 14:13 • 15 Sentyabr 2021
Gürcüstanda yeni tədris ili distant formada başlayıb

Gürcüstanda orta və ali məktəblərdə yeni tədris ili (2021-2022-ci tədris ili) distant formada başlayıb.

Xezerxeber.az xəbər verir ki, dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək.

Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Lakin bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 faizdən aşağı olan şəhər və kəndlərə şamil olunacaq.

Oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin əyani keçirilməsi barədə qərar veriləcəyi gözlənilir.

Uşaq bağçaları isə oktyabrın 4-dən sonra fəaliyyət göstərəcək.

Xəbər lenti