Yeni Zelandiyada COVID-19 qadağalarının müddəti uzadılıb.
Yeni Zelandiyada yeni növ koronavirusun "Delta” variantına qarşı mübarizə sərtləşdirilib.
Ölkənin baş naziri Jacinda Ardern, Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında "Delta” variantına qarşı alınan yeni tədbirlər haqqında məlumat verib.
O bildirib ki, ölkənin ən böyük şəhəri Auckland 21 sentyabradək tam sərtləşdirilmiş karantin rejiminə keçəcək.
Qeyd edək ki, Yeni Zelandiya İspaniya və Danimarkadan təxminən 800 min doz "Pfizer-BioNTech” peyvəndi alıb. Hazırda bu ölkə üzrə peyvəndlənmə işləri sürətləndirilib.
Ümumilikdə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarında Yeni Zelandiya COVİD-19 ilə mübarizədə ən uğurlu ölkələrdən biri hesab edilir.