Xəzər Xəbər

Vladimir Putin özünü təcrid etdi - Kreml məlumat yaydı

Dünya | 14:04 • 14 Sentyabr 2021
Vladimir Putin özünü təcrid etdi - Kreml məlumat yaydı

Rusiya prezidenti Vladimir Putin ətrafında qeydə alınan koronavirus halları ilə bağlı özünütəcrid rejiminə keçib.

Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Putinin özünün xəstəliyə yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Qeyd olunub ki, özünütəcrid rejimi ilə əlaqədar Rusiya prezidenti Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində videokonfrans formatında iştirak edəcək./Teleqraf.com

Xəbər lenti