Xəzər Xəbər

Merkel: Bu ölkələrin AB üzvlüyü marağımızdadır

Dünya | 12:40 • 14 Sentyabr 2021
Merkel: Bu ölkələrin AB üzvlüyü marağımızdadır

Qərbi Balkan ölkələrinin Avropa Birliyi üzvlüyü məsələsi birliyin böyük geostrateji marağındadır.

XəzərXəbər axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiyada səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.

"Bilirik ki, prosesin (avrointeqrasiya - red.) ləng getməsi və Avropa tərəfinin yeni tələblər düşünməsi ilə bağlı fikirlər var. Lakin bir sıra nəticələr və irəliləyişlər görürük. Qərbi Balkan ölkələrinin AB-yə üzvlüyü ittifaqın böyük maraqları çərçivəsindədir", - deyə Merkel bildirib.

Xəbər lenti