Xəzər Xəbər

Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşüb

Dünya | 19:23 • 13 Sentyabr 2021
Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb.

“Sputnik Armenia” xəbər verib ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüşdə Fransa XİN-in Kontinental Avropa Departamentinin direktor müavini Silven Qiyoqe də iştirak edib.

Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.

Xəbər lenti