Xəzər Xəbər

Taliblər bəzi fənləri ali məktəb proqramlarından çıxaracaq

Dünya | 14:34 • 13 Sentyabr 2021
Taliblər bəzi fənləri ali məktəb proqramlarından çıxaracaq

“Taliban” hərəkatı şəriət qanunlarına zidd fənləri Əfqanıstan universitetlərinin proqramlarından çıxarmağa hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

“İslam qanunlarına zidd olan hər bir fənn proqramlardan çıxarılacaq”, - deyə Əfqanıstan ali təhsil nazirinin səlahiyyətlərinin icraçısı Abdula Hakkani bildirib.

Yerli KİV-lərin məlumatına görə, universitet tələbələrini proqramlarda dəyişiklik gözləyir. Əfqanların digər ölkələrdən olan tələbələrlə rəqabət apara bilməsi üçün ikinci dərəcəli fənlər müasirləri ilə əvəzlənəcək. Hansı fənlərdən söhbət getdiyi hələlik dəqiqləşməyib.

Təhsil Nazirliyi, həmçinin gələcəkdə əfqan tələbələrin xaricdə təhsil alması üçün xüsusi proqram hazırlanacağını vəd edib.

Xəbər lenti

Çox oxunanlar