Xəzər Xəbər

Peyvənd pasportunun tətbiqi təxirə salınıb

Dünya | 14:25 • 13 Sentyabr 2021
Peyvənd pasportunun tətbiqi təxirə salınıb

Böyük Britaniya hökuməti peyvənd pasportu tətbiqini təxirə salıb.

Səhiyyə naziri Səcid Cavid bu ayın sonundan etibarən tətbiq olunması gözlənilən planı geri çəkdiklərini açıqlayıb.

S.Cavid, PCR test tələbinin də ən qısa müddətdə ləğv olunmasını istədiyini bildirib.

Şotlandiya hakimiyyəti isə oktyabrın 1-dən etibarən bu sənədi məcburi edəcəklərini elan edib.

Bu plana əsasən klublara və izdihamlı yerlərə girərkən iki doza peyvənd vurulduğunu göstərən pasportun təqdim olunmasıi tələb olunur. Peyvənd olunmayan şəxslərə isə bu məkanlara keçid qadağan edilir.

Qeyd edək ki, Baş nazir Boris Conson, sosial məsafə qaydalarına qoyulan məhdudiyyətlərin tamamilə ləğv edildiyi gün - iyulun 19-da ölkədə peyvənd pasportunun tətbiq olunacağını açıqlamışdı. (AZƏRTAC)

Xəbər lenti