Xəzər Xəbər

Kosmosda xaos: NASA çıxış yolu axtarmağa başladı - Noyabrın 24-də...

Dünya | 14:26 • 13 Sentyabr 2021
Kosmosda xaos: NASA çıxış yolu axtarmağa başladı - Noyabrın 24-də...

ABŞ Milli Kosmos İdarəsi (NASA) planetimiz üçün təhlükə yaradan bir qrup asteroidin uçuş trayektoriyasını bu il noyabrın 24-də dəyişdirmək niyyətindədir, amma mütəxəssislər kosmik agentliyə DART zərbə zondunun buraxılışını qeyri-müəyyən müddətə təxirə salmağı məsləhət görürlər.

Mütəxəssislərin qorxuları asteroidin mümkün xaotik davranışı ilə əlaqədardır.

NASA asteroidlə toqquşmaq üçün 350 kq-lıq zond göndərməyə qərar verib, amma asteroidin hərəkət trayektoriyası nəzərə alınmayıb.

DART zondu kiçik asteroidi tam mərkəzdə vurmalıdır ki, bu da onu Yerdən uzaqlaşdırmaq üçün kiçik dəyişikliyə səbəb olacaq, amma alimlərin fikrincə, bundan sonra asteroid hərəkət trayektoriyasını dəyişib Yerə çırpıla da bilər. Bu isə xaotik vəziyyətin yaranması demək olacaq.

Asteroidin nizamsız hərəkəti bəzi problemlər yarada bilər. Birincisi, EKA kosmik gəmisinin enişini çətinləşdirəcək. İkincisi, asteroidin xaotik hərəkəti gələcəkdə təhlükəli kosmik cismin traektoriyasını düzəltmək cəhdlərinə mane olacaq./Teleqraf.com 

Xəbər lenti