Xəzər Xəbər

Misirdə iki yeni turizm şəhəri salınacaq

Dünya | 11:17 • 13 Sentyabr 2021
Misirdə iki yeni turizm şəhəri salınacaq

Yaxın aylar ərzində Misirdə iki yeni turizm şəhəri salınacaq.

Bu barədə ölkənin turizm naziri Xalid əl-Anani “İzvestiya” qəzetinə bildirib.

"Biz ən yaxın bir neçə ay ərzində tamamilə iki yeni turizm şəhəri salmağı planlaşdırırıq. Şəhərlərdən biri paytaxt Qahirədən təxminən 100 kilometr məsafədə olacaq. O, Al-Qalələ adlanacaq. Bir neçə ay sonra İskəndəriyyə yaxınlığında, Aralıq dənizi sahilində Al-Alamin adlı yeni şəhəri salacağıq", - əl-Anani deyib.

O, həmçinin əminliyi ifadə edib ki, yaxın vaxtlarda ölkəyə aviabiletlərin qiyməti dəyişməyəcək. 

Nazir vurğulayıb ki, Misir hakimiyyəti başqa dövlətlərdən gələn təyyarələrə dəstək göstərməyə davam edir./Report

Xəbər lenti