Xəzər Xəbər

Rusiya Ermənistan-Azərbaycan sərhədindəki silahlı insidentlərdən narahat olub

Dünya | 17:54 • 5 Avqust 2021
Rusiya Ermənistan-Azərbaycan sərhədindəki silahlı insidentlərdən narahat olub

Rusiya Ermənistan-Azərbaycan sərhədindəki silahlı insidentlərdən narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan itkisi ilə müşayiət olunması xüsusi həyəcan doğurur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi Ermənistan-Azərbaycan sərhədində baş verən bütün məsələlərin istisnasız olaraq sülh və siyasi-diplomatik yolla həll olunmasının vacibliyini vurğulayıb: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı birgə işin başlanmasına öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazın stabil regiona çevrilməsinə kömək edəcək”. (APA)

Xəbər lenti