Xəzər Xəbər

Bu gündən Özbəkistan tam olaraq latın əlifbasına keçir

Dünya | 16:05 • 1 Avqust 2021
Bu gündən Özbəkistan tam olaraq latın əlifbasına keçir

Bu gündən Özbəkistan tam olaraq latın əlifbasına keçir.

Dövlət orqanları indiyədək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin edib.

Xatırladırıq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə, ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi. Bununla belə, Özbəkistanın müstəqilliyinin 30 illiyi ilə bağlı Baş nazir Abdulla Aripov latın əlifbasına keçidin tezləşdirilməsi ilə bağlı qərar verib./AZƏRTAC 

Xəbər lenti