Xəzər Xəbər

Rusiyalı borclular xaricə gedə bilməzlər

Dünya | 15:01 • 1 Avqust 2021
Rusiyalı borclular xaricə gedə bilməzlər

Rusiya Milli Peşəkar Kolleksiya Agentlikləri Birliyinin (NAPKA) rəhbəri Elman Mehdiyev “RİA Novosti”yə verdiyi açıqlamasında böyük borclar səbəbi ilə xaricə səyahət etməkdə çətinlik çəkə biləcək rusların sayının artıq 7,2 milyona çatdığını bildirib.

Birlik rəhbəri onu da bildirib ki, 90 gündən artıq vaxtı keçmiş borclar əsasən 30 min rubldan çox olan borclardır: “Əgər məhkəmə qərara alarsa, o halda borc ödəyiciləri ölkəni tərk edə bilməyəcəklər”.

Mehdiyevin dediyinə görə, Rusiyada səyahətə getmək istəyən hər hansı bir borc ödəyicisi səyahətdən əvvəl adı və atasının adını Federal İcraçı Xidmətinin veb saytında yoxlatmalıdır. Əgər onun adı həmin siyahıda varsa, deməli, borcunu ödəyənə qədər səyahətini təxirə salmalıdır. Əks halda onun sərhəddən geri qaytarılması da istisna olunmur.

Xatırladaq ki, ötən ay Rusiya Vəkillər Kollegiyasının idarə heyətinin sədri Vladimir Qruzdev “RİA Novosti”yə bildirib ki, qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası məhkəmə icraçılarına xaricə səyahət etmək hüququ olmayan borcluların xarici pasportlarını ələ keçirməsinə imkan verən layihəni təsdiqləyib. Amma sənəd hələ ki Dövlət Duması tərəfindən təsdiqlənməyib./sia.az

Xəbər lenti