Xəzər Xəbər

Ruhani İran xalqından üzr istədi

Dünya | 14:53 • 1 Avqust 2021
Ruhani İran xalqından üzr istədi

Vəzifəsini təhvil verən İran Prezidenti Həsən Ruhani xalqdan üzr istəyib.
 
Bu barədə o, Nazirlər Kabinetinin iclasında bəyan edib.
 
“Çalışdıq ki, siyasətimiz daha az qüsurlu olsun. Əgər hər şeyə rəğmən qüsurlu oldusa, xalq qarşısında üzr istəyirəm”, - Ruhani bildirib.
 
Onun sözlərinə görə, xalq həyat səviyyəsindən narazıdır və onların da öz həqiqəti var:
 
“Amma anlamaq lazmdır ki, biz iqtisadi müharibə vəziyyətində olmuşuq”.
 
Qeyd edək ki, İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib./Axar.az 

Xəbər lenti