Xəzər Xəbər

Mütəxəssisdən ÜST-ə SƏRT SÖZLƏR: Bu artımın səbəbi nədir?

Dünya | 14:38 • 1 Avqust 2021
Mütəxəssisdən ÜST-ə SƏRT SÖZLƏR: Bu artımın səbəbi nədir?

Türkiyəli tibb elmləri doktoru Bilgehan Bilge Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

Sosial media hesabından ÜST-yə suallar ünvanlayan Bilgehan Bilge dünya əhalisinin 37 faizinin vaksin olunmasına baxmayaraq, yoluxmaların sürətlə artmasının səbəbini soruşub.

"ÜST-dən acı etiraf: Zəhmətlə qazandıqlarımızı itiririk. Yoluxmalarda 80% artım var.

Hörmətli ÜST, ancaq bütün dünya əhalisinin 28 faizini və yetkin əhalinin 37 faizini azı bir dəfə peyvənd etmisiniz. Bu artımın səbəbi nədir?

Buna "Delta" ştamı deməyin. Çünki əvvəllər gen peyvəndlərinin bu variantlara qarşı 98 faizə qədər effektiv olduğunu açıqlamışdınız.

Üstəlik, artımlar vaksinasiya nisbətlərinin yüksək olduğu və peyvəndin ilk başladığı ölkələrdə diqqəti cəlb edir", - mütəxəssis qeyd edib./Publika.az 

Xəbər lenti