Xəzər Xəbər

Bayden xəbərdarlıq etdi: ABŞ-a edilən kiberhücumlar gerçək müharibə ilə sona çatacaq

Dünya | 12:14 • 28 İyul 2021
Bayden xəbərdarlıq etdi: ABŞ-a edilən kiberhücumlar gerçək müharibə ilə sona çatacaq

"ABŞ-a edilən kiberhücumlar gerçək müharibə ilə sona çatacaq".
 
Bunu Prezident Co Bayden, Milli Kəşfiyyat Direktorunun ofisini ziyarət edərkən  jurnalistlərə söyləyib. O, qeyd edib ki,  Vaşinqton Rusiya və Çindən gələn təhdidlərin "artmağa davam etdiyini” hesab edir.  

"Düşünürəm ki, virtual məkandakı hücumların əsl atışma ilə sona çatması ehtimalı kifayət qədər yüksəkdir. Zənnimcə, kiberhücumlar gerçək müharibəyə yol aça bilər”, - deyə Bayden bildirib.

Prezident həmçinin, Pekindən gələn təhdidlərə də toxunub və Çin Xalq Respublikasının Sədri Si Cinpini "ölümcül ciddi şəxs” adlandırıb. Bayden bunu Çinin 2040-cı illərin ortalarına qədər dünyanın ən güclü hərbi və iqtisadi qüvvəyə malik dövləti olmağa can atması ilə izah edib. 

Bayden Rusiya ilə bağlı narahatlıqlarını da dilə gətirib. /Sfera.az

Xəbər lenti