Xəzər Xəbər

İran “Mossad” agentlərini həbs etdiyini bildirir

Dünya | 10:55 • 28 İyul 2021
İran “Mossad” agentlərini həbs etdiyini bildirir

İran xüsusi xidmət orqanları ölkənin qərb sərhədlərində bir qrup “Mossad” agentini yaxaladığını bildirir.

Bu haqda “Fars” agentliyi ölkənin İnformasiya Nazirliyinin əks-kəşfiyyat idarəsinə istinadən xəbər verir.

Məlumata əsasən ölkənin qərbindəki sərhəd-keçid məntəqəsində yaxalanan “Mossad” agentlərinin üzərində ağır silahlar və döyüş sursatları, o cümlədən tapançalar, tüfənglər və s. olub. Digər təfərrüatlar açıqlanmır.

Xəbər lenti