Xəzər Xəbər

Tokioda koronavirusa rekord sayda yoluxma qeydə alındı

Dünya | 09:37 • 28 İyul 2021
Tokioda koronavirusa rekord sayda yoluxma qeydə alındı

Tokioda son 24 saat ərzində baş verən yoluxma hallarının sayı, heç vaxt qeydə alınmayıb.

Bu gün Olimpiya Oyunlarına ev sahibliyi edən Tokioda rəsmi şəxslər, 2848 yeni yoluxanlar da daxil olmaqla, Yaponiya paytaxtında indiyədək qeydə alınmış “SARS-CoV-2”yə ən çox gündəlik yoluxma hallarının qeydə alındığını elan ediblər.

Tokio səlahiyyətliləri yeni yoluxma hallarının sayının bu ilin yanvarın 7-də qeydə alınan rekordu (2520 yoluxma) keçdiyini bildiriblər.

Tokioda Olimpiya və Paralimpiya Oyunları zamanı avqustun 22-nə qədər davam edəcək dördüncü fövqəladə vəziyyəti yaşayırlar.

Ekspertlər virusun “Delta” variantının Olimpiya Oyunları zamanı yoluxma hallarının birdən-birə artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər./Publika.az 

Xəbər lenti