Xəzər Xəbər

Müsəlmanlara ŞAD XƏBƏR: Bu gündən başlayır

Dünya | 14:18 • 25 İyul 2021
Müsəlmanlara ŞAD XƏBƏR: Bu gündən başlayır

Səudiyyə Ərəbistanı Həcc ziyarətləri bitdikdən sonra ümrə mövsümünün bu gündən etibarən başladığını elan edib.

Məscidül-Həram Məsələləri sədrinin müavini Saad bin Məhəmməd əl-Muhaymid Kəbəni də əhatə edən Məscidül-Həramın COVID-19-a qarşı tədbirlərə riayət edilərək ümrəçiləri və ziyarətə gələnləri qarşılamağa hazır olduğunu bildirib.

Qeyd olunub ki, ümrə ziyarətləri üçün müraciətlər bu gündən "Eatmarna" tətbiqi vasitəsilə həyata keçiriləcək.

Səudiyyə Ərəbistanında Həcc mövsümü iyulun 23-də sona çatıb. Pandemiya səbəbindən Həcc ziyarətləri keçən il olduğu kimi, bu il də Səudiyyədə yaşayanlarla məhdudlaşıb./Publika.az 

Xəbər lenti