Xəzər Xəbər

İspaniyanın böyük hissəsi qaranlığa QƏRQ OLDU

Dünya | 10:48 • 25 İyul 2021
İspaniyanın böyük hissəsi qaranlığa QƏRQ OLDU

Avropa Elektrik Şəbəkəsini İber Yarımadasına bağlayan elektrik ötürmə xəttindəki nasazlıq üzündən İspaniyanın böyük hissəsi qaranlığa qərq olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Başda paytaxt Madrid olmaqla, Endülüs, Castilla, Leon, Katalonya, Navarra, Bask və bir çox şəhərlər işıqsız qalıb.

Nasazlığın Fransanın istehsal etdiyi nüvə enerjisini İspaniyaya ixrac etdiyi ərazidə - iki ölkə sərhədinin kəsişmə nöqtəsində baş verdiyi bildirilir.

İspaniyanın elektrik paylayıcı şirkəti olan "Red Electrica" tərəfindən verilən açıqlamaya görə, dəniz təyyarəsinin qəzaya uğraması səbəbindən yüksək gərginlikli şəbəkədə problem yaranıb.

Qeyd edilib ki, şəbəkədə yaranan problem İber Yarımadasının Avropanın qalan hissəsindən müvəqqəti ayrılmasına səbəb olub.

Şirkət ikinci elanında qarşılıqlı əlaqənin bərpa edildiyini və problemin həll olunduğunu elan edib./Publika.az

Xəbər lenti