Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı 400 mini keçdi

Dünya | 12:28 • 24 İyul 2021
Gürcüstanda koronavirusa yoluxanların sayı 400 mini keçdi

Gürcüstanda son sutkada koronavirusa 2 617 yeni yoluxma halı qeydə alınıb, 869 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə 400 698 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların 371 434-ü sağalıb, 5 665-i isə dünyasını dəyişib.

Aktiv xəstə sayı 23 573 nəfər təşkil edir./report

Xəbər lenti