Xəzər Xəbər

Şahzadə Harri kitab yazacaq - 20 milyon dollarlıq razılaşma

Dünya | 17:05 • 21 İyul 2021
Şahzadə Harri kitab yazacaq - 20 milyon dollarlıq razılaşma

Krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı, aktrisa Meqan Marklla sarayı tərk edən Harri həyatını qələmə almağı planlaşdırır.

XəzərXəbər Axşam.az-a istinadən xəbər verir ki, artıq Harrinin nəşriyyatlardan biri ilə müqavilə bağladığı bildirilir. O, kitabında dünyaya gəldiyi şahzadə obrazını deyil, olmağını seçdiyi xarakterin həyatını oxuculara çatdıracaq.

Kitab gələn ilin sonlarına doğru işıq üzü görəcək. Şahzadənin nəşriyyatla 20 milyon dollar qarşılığında razılaşdığı bildirilsə də bu haqda rəsmi açıqlama verilməyib. Lakin qazancın xeyriyyə təşkilatlarına bağışlanacağı qeyd olunur.

Xəbər lenti