Xəzər Xəbər

Ərdoğan gözlənilən sürpriz xəbəri verdi

Dünya | 16:57 • 21 İyul 2021
Ərdoğan gözlənilən sürpriz xəbəri verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sürpriz mesajı verdi: “Kipr Türk Dövlətinin  daha geniş formada tanınması üçün  hər şeyi edəcəyik”.

Şimali Kipr Türk Cümhuriyyətinin ildönümü ilə bağlı toplantıda çıxış edən Ərdoğanın sözlərinə görə, artıq Kipr Türklərinin bir tələbi var, o da müstəqil dövlət statusunun tanınmasıdır: “Artıq Şimal, Cənub Kipr deyə bir anlam qalmayıb. Ona görə də ən qısa zamanda  Kipr Türk Dövlətinin  geniş bir çevrədə tanınması istiqamətində hər çeyi edəcəyik. Yaxın zamanlarda bunun nəticələrini görməyə başlayacağıq. Adada ikigünlük görüşlərimiz zamanı kiprli qardaşlarımızın bu məsələdə necə də qərarlı olduğunu gördük”./Ölkə.Az

Xəbər lenti