Xəzər Xəbər

Tacikistan prezidentinin bacısı koronavirusdan VƏFAT ETDİ

Dünya | 09:43 • 21 İyul 2021
Tacikistan prezidentinin bacısı koronavirusdan VƏFAT ETDİ

Tacikistan Prezidenti Emomali Rahmona ağır itki üz verib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tacikistan liderinin bacısı, 64 yaşlı Kurbonbi Rahmonova ötən gün vəfat edib.

Tacikistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, Rahmonova koronavirus infeksiyasına yoluxmuşdu. Düşənbədəki 5 saylı Klinik Xəstəxanada müalicə alırdı.

Raxmonova çərşənbə günü Tacikistanın cənubundakı Danqara bölgəsindəki kiçik vətənində dəfn ediləcək./Publika.az 

Xəbər lenti