Xəzər Xəbər

Çindən ABŞ-a sərt xəbərdarlıq: Dərhal blokadaları qaldırın...

Dünya | 16:53 • 20 İyul 2021
Çindən ABŞ-a sərt xəbərdarlıq: Dərhal blokadaları qaldırın...

Çin Xarici İşlər Nazirliyinin sözcüsü Zao Lician rəsmi Vaşinqtondan Kubaya tətbiq olunan blokadanın dərhal və tam şəkildə qaldırılmasını tələb edib.

Mətbuat katibi iyunun 19-da keçirilən brifinqdə bu barədə fikirlərini səsləndirib.

“Çin hər zaman, bütün ölkələrin öz sosial sistemini və inkişaf yolunu müstəqil formada seçmək hüququna hörmətlə yanaşmağı zəruri hesab edib. Biz Kubanın seçdiyi yolu dəstəkləyir, eyni zamanda ölkənin daxili işlərinə müdaxiləni qətiyyətlə pisləyirik”,- deyə çinli diplomat bildirib.

Xarici İşlər Nazirliyinin spikeri çıxışı zamanı Ağ Ev-ə nato verməyi də unutmayıb:

“ABŞ-ı Kubada olan mühasirəni dərhal ləğv etməyə çağırırıq. Ümid edirik ki, Vaşinqton Havana ilə münasibətlərini BMT nizamnamələrinə uyğun şəkildə, beynəlxalq hüququn tələb etdiyi formada təşkil edəcək”.

Qeyd edək ki, iyulun 11-də Kubanın bir sıra şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Rəsmi Havana isə sözügedən hadisələrdə ABŞ-ı günahlandıraraq, Ağ Evi ölkədə xaos yaratmaqda günahlandırıb./Bizim.Media

Xəbər lenti