Xəzər Xəbər

Gürcüstan “qırmızı” zonaya keçdi

Gürcüstanda epidemioloji vəziyyət pisləşib, ölkə “qırmızı” zonaya keçib
Dünya | 16:30 • 20 İyul 2021
Gürcüstan “qırmızı” zonaya keçdi

“Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:

“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”./Report

Xəbər lenti