Rusiyada son sutka ərzində koronavirusa 23 770 yeni yoluxma halı qeydə alınıb.
Ölkə üzrə virusa yoluxanların sayı 6 006 536 nəfərə çatıb.
Ötən gün virusa yoluxmuş 784 nəfər vəfat edib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 149 922 nəfərə çatıb. Ümumilikdə 5 382 213 nəfər sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.