Xəzər Xəbər

Diqqət: Qərarın icrası avqustun 1-dək təxirə salındı

Dünya | 09:48 • 24 İyun 2021
Diqqət: Qərarın icrası avqustun 1-dək təxirə salındı

İsrail hökuməti iyulun 1-də fərdi qaydada ölkəyə gələn xarici turistlərlə bağlı sərhədlərin açılmasını nəzərdə tutan qərarın avqustun 1-dək təxirə salındığını bəyan edib.

Bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Eyni zamanda bildirilib ki, qadağa koronavirus infeksiyasının nisbətən az yayıldığı ölkələrdən peyvənd olunmuş turist qruplarına şamil edilmir. Sözügedən ölkələrdən gələn turistlərin artıq bu ilin may ayının sonundan etibarən İsrailə girişinə icazə verilib.

Qeyd edək ki, "qadağan olunmuş" ölkələr siyahısına Rusiya, Argentina, Hindistan, Cənubi Afrika, Meksika və Braziliya da daxildir.

Xəbər lenti