Xəzər Xəbər

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib

İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb
Dünya | 11:01 • 19 İyun 2021
İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib.

Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.

İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.

Xəbər lenti