Xəzər Xəbər

İranda namizədlər prezident seçkilərində İbrahim Rəisini qələbə münasibəti ilə təbrik etməyə başlayıb

Dünya | 10:36 • 19 İyun 2021
İranda namizədlər prezident seçkilərində İbrahim Rəisini qələbə münasibəti ilə təbrik etməyə başlayıb

İranda prezidentliyə namizəd Möhsün Rezai digər namizəd - məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik edib.

İSNA agentliyinin yazdığına görə, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb.

Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.

Hazırkı Prezident Həsən Ruhani seçkilərə qatılmayıb.

Ekspertlər seçkilərdə Ali dini lider Əli Xameneinin dəstəklədiyi İbrahim Rəisinin qələbəsini proqnozlaşdırırdılar.

Xəbər lenti