Xəzər Xəbər

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Qəzadan əvvəl təyyarə pilotlarının mühərriklərdən birində nasazlıq yaranması barədə dispetçerə məlumat verdiyi bildirilir
Dünya | 09:29 • 19 İyun 2021
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Rusiyanın Kemerovo vilayətində L-410 təyyarəsi qəzaya uğrayıb. Nəticədə 7 nəfər həlak olub, 13 sərnişin yaralanıb.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, L-410 təyyarəsi vilayətin Promışlennı rayonunun Juravlyovo kəndi yaxınlığında qəza enişi edib. Təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub. Nəticədə təyyarədəki 20 nəfərdən 7-si həlak olub, 13 sərnişin yaralanıb.

Qəzadan əvvəl təyyarə pilotlarının mühərriklərdən birində nasazlıq yaranması barədə dispetçerə məlumat verdiyi bildirilir.

Xəbər lenti