Xəzər Xəbər

Övladını öldürən ata intihar etdi - İnanılmaz qətlin təfərrüatı polisləri belə heyrətləndirdi

Dünya | 15:19 • 16 İyun 2021
Övladını öldürən ata intihar etdi - İnanılmaz qətlin təfərrüatı polisləri belə heyrətləndirdi
Konyada (Türkiyə) 10 yaşlı oğlunu boğub öldürən İsmayıl Kılınçer Adanada saxlanıldığı həbsxanada intihar edib.
 
XəzərXəbər Milli.Az-a istinadən xəbər verir ki, bir neçə ay bundan öncə yaşadığı mənzildə xanımını bazarlığa göndərən ata 10 yaşlı oğlunu yatızdırıb, sonra ayaqlarının arasında boğub. Evindən çıxıb, qapını bağlayan ata polisə müraciət edərək "mən adam öldürmüşəm" deyib. Onun ifadəsi polisi belə heyrətə salıb.

"Oğluma onu öldürəcəyimi dedim. 2 həftədir qətl planlaşdırırdım. Hadisədən əvvəl qəsdən həyat yoldaşımı bazara alış-verişə göndərdim. Oğlumdan üzr istədim, qucaqlaşdım və öpdüm. Oğlum Hüseyn mənə "'ata bağışla" deyərək öpdü. Üzünü geyindiyi paltarla örtdüm" deyib.

Xəbər lenti