Xəzər Xəbər

İranda prezidentliyə namizədlərdən 2-si geri çəkildi - 5 nəfər qaldı

Dünya | 14:38 • 16 İyun 2021
İranda prezidentliyə namizədlərdən 2-si geri çəkildi - 5 nəfər qaldı

İranın Prezident seçkilərində iştirakına icazə verilmiş 7 namizəddən 2-si - Möhsün Mehralizadə və Əlireza Zakani namizədliklərini geri götürüb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 5 nəfər olacaq.

Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməyib.

Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləmişdi.

Namizədlər aşağıdakı şəxslərdi:

İbrahim Rəisi
Möhsün Rezai
Səid Cəlili 
Əbdülnasir Həmmati
Əmirhüseyn Qazizadə Haşimi.

Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin əsas namizədi sayılır. İbrahim Rəisinin rəqiblərindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır./Modern.az

Xəbər lenti