Xəzər Xəbər

Seçkilərdən sonra da Ermənistanda sosial sabitliyin yaranacağına ümid etmək olmaz

Dünya | 18:47 • 15 İyun 2021
Seçkilərdən sonra da Ermənistanda sosial sabitliyin yaranacağına ümid etmək olmaz

İyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra da sabitliyin yaranacağına ümid etmək olmaz. Seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması ehtimalı çoxdur.

Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, arzuedilən variant deyil, amma bütün bunlar seçkilərin nəticəsindən asılı olacaq.

“Əgər Mərkəzi Seçki Komissiyası yerlərdə öz işini dəqiq və qanun çərçivəsində görsə, elə ciddi ağır nəticələrin olacağına inanmıram”, – deyə Köçəryan vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Mütəxəssislər hesab edirlər ki, Köçəryan bu açıqlaması ilə mövcud hökuməti hədələyib. O demək istəyir ki, başçılıq etdiyi blok bu siyasi kampaniyanın qalibi olmasa, iğtişaş törədəcək.

Xəbər lenti

Çox oxunanlar