Xəzər Xəbər

COVİD-dən tutmuş Arktikaya qədər: Putinlə Bayden nələri müzakirə edəcək?

Dünya | 15:17 • 15 İyun 2021
COVİD-dən tutmuş Arktikaya qədər: Putinlə Bayden nələri müzakirə edəcək?
Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ liderlərinin zirvə toplantısında müzakirə ediləcək mövzularla bağlı ətraflı təfərrüatları jurnalistlərə təqdim edib.
 
Uşakov gündəmdə müxtəlif məqamların yer aldığını vurğulayıb: ”Arktikada aparılan işlərdən koronavirusla əlaqədar vəziyyətə qədər”.
 
Uşakov qeyd edib ki, görüş Vladimir Putinlə Co Baydenin bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə etməsinə yardımçı olmalıdır. Bu, Moskva-Vaşinqton xətti boyunca münasibətlərin ümumi pisləşməsi kontekstində çox vacibdir.
 
"Görüş əsnasında  razılaşma olmasa belə, prezidentlər arasında anlaşma əldə ediləcək. Əlbəttə, bu hazırda dalana dirənən Rusiya-Amerika münasibətlərinin gələcək inkişafına təsir edəcək. İndi vəziyyət demək olar ki, kritikdir və təbii ki, bu konteksdə hansısa işlər görülməlidir”,-deyə prezidentin köməkçisi jurnalistlərə söyləyib.
 
Mövzularla gəlincə, Uşakov, gündəmə həm Rusiya, həm də Amerika tərəfini narahat edən məqamların daxil edildiyini bildirib.  Söhbət aşağıdakı mövzulardan gedir:

ikitərəfli münasibətlər;
strateji sabitlik məsələləri;
regional münaqişələrlə bağlı vəziyyət;
Arktikada iş;
koronavirusla mübarizə;

iqtisadi əməkdaşlıq.
 
"Çərəz əvəzi”: Putinlə Bayden istədikləri mövzuları müzakirə etməkdə sərbəstdirlər
 
Bununla yanaşı, Uşakov  mövzuların sıra ardıcıllığı ilə müzakirə olunacağını, amma Putinlə Baydenin reqlamenti dəyişdirərək istənilən mövzunu müzakirə edə biləcəklərini də açıqlayıb. "Çərəz əvəzi” reqional problemlərin müzakirəsi nəzərdə tutulur: bunlar, Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı ilə bağlı vəziyyət, Əfqanıstanda, Koreya yarımadasında, Dağlıq Qarabağda və çox guman ki, Ukraynada vəziyyətin nizamlanmasıdır.
 
Ola bilsin, hansısa başqa məsələlər də müzakirə olundu. Prezidentlər istənilən mövzuya toxuna bilər, bu onların haqqıdır. Mükalimə zamanı əvvəlcədən razılaşdırılmayan və gündəmə daxil edilməyən məsələlərə də toxunulacaq”,- deyə Rusiya  liderinin  köməkçisi vurğulayıb.
 
 
İyunun 16-da Cenevrədə keçiriləcək sammitdə həmçinin Aleksey Navalnı ilə bağlı  vəziyyətin, Belarusdakı hadisələrin və diplomatik məqamların  müzakirəsi də istisna edilmir. "Baxarıq. Əvvəlcədən nəsə deyə bilmərəm. Bu görüşə praktiki nikbinliklə yanaşıram. Amma çox şeyə ümid etmirəm”,- deyə Kremlin sözçüsü qeyd edib./Sfera.az

Xəbər lenti