Xəzər Xəbər

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir

Dünya | 10:14 • 13 İyun 2021
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir

Azərbaycanın və Ermənistanın paralel humanitar addımlarını - saxlanılanların qaytarılmasını və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram.

Xezerxeber.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel “twitter”də etdiyi paylaşımda bildirib.

Bunun, etimadın yenilənməsi istiqamətində atılan ilk addım olduğunu bildirən Avropa İttifaqı Şurasının prezidenti qeyd edib: “Aİ bu prosesi dəstəkləyib və bu inkişafın genişlənməsi üçün yardım təklif etməyə davam edəcək”.

Xəbər lenti